Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Namiq Abdullayev
10 may 2011 16:58 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Namiq Abdullayev

0
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Namiq Vahid oğlu Abdullayev 1974-cü il mayın 10-da Ağcabədi rayonu Avşar kəndində anadan olub. O, 1992-ci ilin dekabrında cəbhəyə gedib və atasının döyüşdüyü taborun tərkibində vuruşub. 1993-cü il fevralın 9-da Xocavənd rayonu ərazisində onun döyüşdüyü tabor düşmənlə ölüm-dirim savaşına girib, xeyli əsgər yoldaşları həlak olub, düşmən tanklarının qarşısını almaq getdikcə çətinləşib. Bu vəziyyətdə igid əsgər qumbaraları sinəsinə sıxaraq öndə gələn düşmən tankının altına atılıb, düşmən tankını partladıb, digər tankların da irəliləməsinin qarşısını alıb. O, Avşar kəndində dəfn edilib, kəndin orta məktəbi onun adını daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1425

Oxşar yazılar