Atəşkəs bir neçə istiqamətdə pozulub
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rmənistan silahlı qüvvələrinin bölmələri mayın 10-da saat 18.10-dan 18.45-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 23.00-dan 23.05-dək və mayın 11-də saat 04.05-dən 04.10-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.15-dən 01.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.05-dən 04.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.15-dən 06.35-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
0
0