Kəmaləddin Heydərov: “Çimərliklərdə ölüm halları 95-98 faiz azalıb”
11 may 2011 14:15 (UTC +04:00)

Kəmaləddin Heydərov: “Çimərliklərdə ölüm halları 95-98 faiz azalıb”

0
APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazirin sözlərinə görə, 2005-ci ildən Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin fəaliyyət göstərdiyi ərazilərdə ölüm halları kəskin azalıb: “2005-ci ilə qədər nazirliyin xilasediciləri, dalğıcları fəaliyyət göstərmirdi. Bu xidmətin fəaliyyəti müsbət nəticələrini verir”.

K. Heydərov bildirib ki, ölüm halları, əsasən, qeyri-çimərlik və çimmək qadağan olunmuş ərazilərdə qeydə alınır. Nazir statistik göstəricilərdə özünü suya atmaqla edilən intiharların da suda boğulma kimi göstərildiyini deyib: “Lakin biz həmin halların qarşısında bunun intihar olduğunu qeyd edirik”.

Çimərlik mövsümünün yaxınlaşdığını deyən K. Heydərov əhaliyə müraciət edib: “Çimmək qadağan olunan ərazilərdə vətəndaşlar həyatlarını təhlükə qarşısında qoymasınlar, təlimatlara, təhlükəsizlik qaydalarına əməl etsinlər. Hər kəsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Ona görə də vətəndaşlar özləri məsuliyyətli olmalı, həyatlarına təhlükə ola biləcək əməllərdən çəkinməlidirlər”.

Nazir bəzi şəxslərin xilasedicilərin və polislərin qanuni tələblərinə əməl etmədiklərini, bunun isə bəzi hallarda faciə ilə nəticələndiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 840

Oxşar yazılar