Zaqatalada dəhşətli ailə dramı
13 may 2011 18:28 (UTC +04:00)

Zaqatalada dəhşətli ailə dramı

0
Azərbaycanın Zaqatala rayonunda dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə bu gün saat 17.00 radələrində Zaqatala şəhərində qeydə alınıb. Adı hələlik açıqlanmadığı şəhər sakini avtomatla həyat yoldaşını və qızını güllələyərək qətlə yetirib, sonra özünü öldürüb.

Hazırda hadisə yerində Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır. Hadisənin motivi hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1084

Oxşar yazılar