39 yaşlı piyadanı maşın vurdu
14 may 2011 14:46 (UTC +04:00)

39 yaşlı piyadanı maşın vurdu

0
Mayın 13 axşam saatlarında Qubada piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, naməlum avtomaşın Vaqif küçəsində yolu keçmək istəyən şəhər sakini, 1972-ci il təvəllüdlü Kəlibov Bəxtiyar Qədir oğlunu vurub.

Xəsarət alan şəxs ağır bədən xəsarətləri ilə Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, B.Kəlibovun vəziyyəti ağırdır. O, komadadır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır. Piyadanı vuran avtomaşının tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 499

Oxşar yazılar