Xaçmazda peyda olan manyak tutuldu
14 may 2011 17:30 (UTC +04:00)

Xaçmazda peyda olan manyak tutuldu

0
Xaçmazda məktəblilərə və gənc qızlara hücum edən manyak tutulub. Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxs həbs olunub.

Həmin şəxs Xaçmaz şəhər sakini, 1987-ci il təvəllüdlü A.E.-dir. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, A.E. məktəblilərə və gənc qızlara hücum etdiyi zaman özündə olmadığını və spirtli içkilərin təsiri altında olduğunu bildirib. O, istintaqa verdiyi ifadəsində törətdiyi hadisəni etiraf edib.

Xaçmaz rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, qeyri-adi görünüşü və anormal hərəkətləri ilə seçilən bu şəxs gənc qızların kabusuna çevrilib, məktəblilərə və gənc qızlara hücum edirmiş. Həmin şəxs rayonda Zərifə Əliyeva adına məktəb-liseyin şagirdlərinə hücum edirmiş. Qeyri-adi görünüşü və anormal hərəkətləri ilə seçilən bu şəxsin hədəfi əsasən gənc xanımlar və məktəb şagirdlər olub.

A.E. şagirdlərə tək olduqları zaman yaxınlaşırmış. Şagirdlərin sözlərinə görə, naməlum şəxs yaxınlaşdığı şagirdlərin ya çantalarını əlindən alır, ya da onları boğmağa çalışırmış. Manyakı sonuncu qurbanı Xaçmaz şəhər sakini, 22 yaşlı qız olub. Həmin şəxs gənc qıza yaxınlaşaraq, onu boğmağa çalışıb. Manyakın əlindən canını qurtara bilən qız baş verənləri valideynlərinə danışıb. Gənc qızın atası o gündən həmin şəxsin axtarışı ilə məşğul olub. Valideynlər dərs bitdikdən sonra övladlarını məktəbin qarşısında gözləyiblər.

Məktəb-liseyin rəhbərliyi isə məsələ ilə bağlı şagirdlərdən və valideynlərdən rəsmi şikayət ərizəsi almadıqlarını deyib. Təhsil müəssisəsinin direktoru Nurcahan Abbasova Lent.az-a bildirib ki, şikayət olmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməyiblər. Amma məsələ ilə bağlı təhsil ocağında keçirilən iclasda şagirdlərin ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1671

Oxşar yazılar