Lənkəranda bıçaqlı-tapançalı dava: 2 yaralı
16 may 2011 12:36 (UTC +04:00)

Lənkəranda bıçaqlı-tapançalı dava: 2 yaralı

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin aytına istinadən verdiyi məlumata görə, Lənkəran şəhər sakinləri Asif Nurullayev və Bayraməli Şabanov mübahisə zəminində bir-birinə bıçaqla xəsarət yetirib. Araşdırmalar zamanı hadisədə B.Şabanovun bacısının oğlu Rasim Hüseynovun da iştirak etməsi müəyyən edilib.

R.Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança və 36 ədəd güllə aşkar edilərək götürülüb.

Bıçaqlanan şəxslər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 567

Oxşar yazılar