Bazarda dırnaq satan kişi özünü tualetdə öldürdü
24 may 2011 09:38 (UTC +04:00)

Bazarda dırnaq satan kişi özünü tualetdə öldürdü

0
Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, General Şıxlınski küçəsi bina 3A, mənzil 67-də yaşayan 1960-cı il təvəllüdlü Səfərov Səxavəddin İman oğlu tualetdə özünü öldürüb. 51 yaşlı kişi, yaşadığı mənzilin ayaqyolusunun tavanından keçən dəmir boruya kəndir dolayaraq, özünü asıb. Yaxınları hadisədən xəbər tutduqda isə artıq gec olub.

Qeyd edək ki, intihar etmiş şəxs ailəli olub. O, “8-ci kilometr” bazarında mal başlarının və dırnaqlarını ütərək satmaqla məşğul imiş

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 673

Oxşar yazılar