81 yaşlı qadın özünü hində asıb
24 may 2011 10:57 (UTC +04:00)

81 yaşlı qadın özünü hində asıb

0
Salyan rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Marışlı kənd sakini, 1930-cu il təvəllüdlü Yusifova Xədicə Cəfərqulu qızı özünü yaşadığı evin həyətindəki toyuq hinində asıb.


Məlumatda bildirilir ki, 81 yaşlı X.Yusifova xeyli müddətdir, tək yaşayırmış. Xroniki ürək xəstəliyindən əziyyət çəkən qadın tez-tez qohumlarının biganəliyindən şikayət edirmiş və ölmək istədiyini dilə gətirirmiş.

Faktla bağlı araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 599

Oxşar yazılar