Kiprdəki tələbələrimiz arasında bıçaqlanma hadisəsi – FOTO
24 may 2011 13:08 (UTC +04:00)

Kiprdəki tələbələrimiz arasında bıçaqlanma hadisəsi – FOTO

0
APA-nın “Kıbrıs” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə tələbələrdən birinin digərinə söyüş söyməsi nəticəsində baş verib. Fuad Yusifi adlı azərbaycanlı tələbə yataqxanada həmyerlisi Fərid Ağazadənin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya aparılaraq əməliyyat edilib. Onun yoğun və nazik bağırsağının zədələndiyi bildirilir. F. Yusifi isə polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə haqqında 3 günlük həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zamanı etdiyi hərəkətdən peşman olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 740

Oxşar yazılar