“2 aprel” dustaqlarının vəsatəti təmin olunmadı
24 may 2011 14:56 (UTC +04:00)

“2 aprel” dustaqlarının vəsatəti təmin olunmadı

0
Mayın 24-də Səbayel rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Elnur İsrafilovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müraciətinə baxılıb.

Bu barədə Lent.az-a vəkil Yalçın İmanov məlumat verib. Məhkəmə şikayəti təmin etməyib.


Xatırladaq ki, Müsavat üzvü Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirli bilinir. Digər məhbus Elnur İsrafilov isə 233-cü maddəni pozmaqda günahlandırılır.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar