Xaçmazda sürücü maşınla vurduğu körpənin həyatını xilas etdi
24 may 2011 18:43 (UTC +04:00)

Xaçmazda sürücü maşınla vurduğu körpənin həyatını xilas etdi

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, saat 16:30 radələrində Xaçmaz şəhərinin Atatürk küçəsində Qaraqurdlu kənd sakini, 1990-cı il təvəllüdlü Mahir İdrisov idarə etdiyi 10 CT 099 nömrə nişanlı “VAZ 21 099”la 2007-ci il təvəllüdlü Həbibulla Məhəmmədovu vurub.


Məlumatda bildirilir ki, avtomobillə 4 yaşlı Xaçmaz şəhər sakinini vuran gənc sürücü özünü itirməyib. O, dərhal yaralını maşına mindirərək Xaçmaz şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada məlum olub ki, körpə qapalı kəllə-beyin travması alıb.

Hadisə ilə bağlı polisə ifadə verən sürücü M.İdrisov deyib ki, uşaq qəfildən onunla bərabər olan şəxsin əlindən çıxıb və yolun avtomobil hərəkəti üçün nəzərdə tutulmuş hissəsinə gəlib. Bu zaman sürücü qəzadan yayınmaq istəsə də buna nail ola bilməyib.

Faktla bağlı Xaçmaz RPŞ-da araşdırma aparılır.


Vəli TURAN
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 663

Oxşar yazılar