17 yaşlı oğlan evdə diri-diri yandı
02 iyun 2011 10:40 (UTC +04:00)

17 yaşlı oğlan evdə diri-diri yandı

0
Bu gün saat 06.00 radələrində Bakıda yanğın hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Korgöz qəsəbəsində fərdi evlərdən biri yanıb. Nəticədə həmin mənzildə yaşayan 1994-cü il təvəllüdlü Mirzəyev Mirzə Əlirza oğlu ölümcül xəsarət alıb.

17 yaşlı oğlan bədəninin 90-95 faizinin yanıq xəsarəti ilə 5 saylı ixtisaslaşdırılmış şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti kritikdir.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar