Təhsil Nazirliyinin əməkdaşının saxlanılmasına aydınlıq gətirilib
06 iyun 2011 19:49 (UTC +04:00)

Təhsil Nazirliyinin əməkdaşının saxlanılmasına aydınlıq gətirilib

0
Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib.

O bildirib ki, bu il mayın 7-də Təhsil Nazirliyi Rafiq Hüseynov adlı bir şəxsin təhsil sahəsi üzrə dövlət sənədlərini saxtalaşdırması ilə bağlı Respublika Baş Prokurorluğuna müraciət edib. Həmin müraciət əsasında R. Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. B. Hüseynzadə təhsil işçisi olmayan R. Hüseynovun “fırıldaqçı” olduğunu deyib: “Bu gün isə nazirliyin Orxan Kərimov adlı əməkdaşı şübhəli şəxs qismində saxlanılıb. Hamı bilməlidir ki, bu işlər Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar