Həmsədrləri Ağdamda təmas xəttinin qarşı tərəfinə keçiblər
07 iyun 2011 17:37 (UTC +04:00)

Həmsədrləri Ağdamda təmas xəttinin qarşı tərəfinə keçiblər

0
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 7-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirib. Monitorinq insidentsiz keçib.

Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təmas xəttinin qarşı tərəfinə keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar