Bakıda soyğunçu tutulub
08 iyun 2011 11:20 (UTC +04:00)

Bakıda soyğunçu tutulub

0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 20-də saat 18.00 radələrində Z.Bünyadov prospektində naməlum şəxs Bakı şəhər sakini Ceyhun Mehdiyevin mobil telefonunu əlindən alaraq qaçıb.


Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Yevlax rayon sakini Ülvi Məmmədov iyunun 7-də yaxalanıb. Müəyyən olunub ki, Ü.Məmmədov eyni üsulla mayın 26-da Ə.Naxçıvani küçəsində İmran Şahhüseynovun, mayın 31-də həmin küçədə yerləşən İnternet klubda Bayram Bayramovun və iyunun 3-də İ.Dadaşov küçəsində Emin Yusifovun mobil telefonlarını əlindən alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 984

Oxşar yazılar