29 yaşlı qadın özünü Kürə atdı
08 iyun 2011 13:30 (UTC +04:00)

29 yaşlı qadın özünü Kürə atdı

0
Şirvan şəhərində intihara cəhd hadisəsi olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 10:15 radələrində bir nəfər intihar məqsədilə özünü Kür çayına atıb. Özünü çayın Şirvan şəhəri ərazisindən keçən nəzarət olunmayan hissəsinə atmış şəxs FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.


Şirvan şəhər Polis Şöbəsindən Lent.az-averilən məlumata görə, özünü Kürə atan şəxs şəhər sakini Səbinə Məmmədovadır. O, iki uşaq anasıdır və intihara cəhd etməsinin səbəbləri məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1064

Oxşar yazılar