İstanbuldan Bakıya göndərilən yükdən meyit çıxdı
09 iyun 2011 10:31 (UTC +04:00)

İstanbuldan Bakıya göndərilən yükdən meyit çıxdı

0
İstanbulda fəaliyyət göstərən quru yük anbarlarından birində kişi meyiti tapılıb. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Fatih rayonunda, “Avropa Pazar Karqo” şirkətinin qarajında baş verib.


Məlumata görə, iyunun 8-də saat 15:30 radələrində şəxsiyyəti açıqlanmayan bir nəfər qaraja gələrək Azərbaycanın paytaxtı Bakıya yük göndərəcəyini bildirib. Yükü aidiyyəti üzrə təhvil verən həmin şəxs çox keçmədən uzaqlaşıb. Lakin yükü TIR-a yükləmək istəyən şirkət əməkdaşları xoşagəlməz halla üzləşib. Belə ki, yükün içindən kəskin qoxu gəlib və dərhal yük açılıb. Məlum olub ki, orda 30-35 yaşlı kişinin meyiti var. Baş nahiyəsində ciddi xəsarətlər olan kişi meyitinin ağızı yapışqanla bağlı halda olub.


Dərhal məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda ölən şəxsin kimliyi və hansı şəraitdə öldürülməsi araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1298

Oxşar yazılar