Şəmkirdə mikroavtobusla yük maşını toqquşub: 1 ölü
09 iyun 2011 12:30 (UTC +04:00)

Şəmkirdə mikroavtobusla yük maşını toqquşub: 1 ölü

0
İyunun 9-da Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Muxtariyyət kəndində (rayon mərkəzindən 22 km aralı) “Ford” markalı mikroavtobus və “MAN” markalı yük avtomobili toqquşub və mikroavtobus yoldan çıxaraq aşıb.


Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, mikroavtobusun sürücüsü 1964-cü il təvəllüdlü Həsənov Vahid Köçəri oğlu həlak olub.


Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış V.Həsənovun cəsədini xüsusi texnika vasitəsilə nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar