Dünya çempionu düşdüyü avtomobil qəzasından danışdı – EKSKLÜZİV
10 iyun 2011 10:52 (UTC +04:00)

Dünya çempionu düşdüyü avtomobil qəzasından danışdı – EKSKLÜZİV

0
Boks üzrə dünya çempionu Ağası Məmmədov düşdüyü avtomobil qəzası barədə danışıb. A.Məmmədov Lent.az-a açıqlamasında hadisənin arxadan gələn avtomobilin günahı üzündən baş verdiyini söyləyib.


“Qusardan əmioğlumun qız toyundan qayıdırdıq. Şabran rayonu ərazisindən keçərkən, arxadan gələn “VAZ 2107” markalı avtomobil mənim “BMW” markalı maşınımı sol tərəfdən vurdu. Nəticədə həmin maşındakı sərnişinlərdən biri öldü. Hər iki avtomobildəki daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Mənim avtomobilim zərbənin gücündən bir neçə dəfə dövrə vurdu. Maşınım tam yararsız vəziyyətə düşdü” - deyə, məşhur boksçu bildirib.


Məmmədov hazırda Şabran rayon Mərkəzi xəstəxanasında olduğunu və yaralıların müayinəsinin nəticəsini gözlədiyini əlavə edib. Onun sözlərinə görə, yaralıların həyatı üçün təhlükə yoxdur. 31 yaşlı idmançı hadisə nəticəsində öləni tanıdığını da bildirib: “O, mənim əmioğlumun sinif yoldaşı idi. Hamımız Şabran rayonunun sakinləriyik”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1838

Oxşar yazılar