FHN Neft Emalı Zavodunda baş verən yanğınla bağlı məlumat yaydı
14 iyun 2011 18:29 (UTC +04:00)

FHN Neft Emalı Zavodunda baş verən yanğınla bağlı məlumat yaydı

0
Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalat sahəsində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, benzin borusunda təmir işləri aparılan zaman yanğın baş verib.

Nəticədə, həmin borudan ətrafa dağılmış benzin və borunun şüşə-pambıq izolyasiyası 4 kvadrat metr sahədə yanıb, təmir işləri aparan 2 nəfər yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tərəfindən istehsalat sahəsi yanğından mühafizə olunub. Yanğın saat 09:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, yanğına təmir işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar