Gəncə səmasında UNO!
20 iyun 2011 11:53 (UTC +04:00)

Gəncə səmasında UNO!

0
Gəncə səmasında naməlum ucan obyekt müşahidə olunub.

Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Dəmiryolçular qəsəbəsinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, kvadrat şəklində olan, formasını qismən dəyişən və parlaq işıq saçan obyekt iyunun 18-də 21.35 radələrində qəsəbədən cənub istiqamətdə, şəhər üzərində müşahidə edilib. Təxminən 7-10 kilometrlik məsafədən müşahidə edilən qəribə formalı parlaq işıqlı obyekt şərqdən qərbə doğru xaotik hərəkətdə olub. Bir neçə dəqiqə müşahidə olunan naməlum uçan obyekt eyni istiqamətdə hərəkət edərkən qəflətən yoxa çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 636

Oxşar yazılar