Polis qəza törətdi: 2 yaralı
0
0
Avqust ayının 5-də axşam saatlarında Xaçmaz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 42-ci km-də, rayonun Qusarçay kəndi ərazisində qeydə alınıb. Qusarçay kənd sakini, 1986-cı il təvəllüdlü Anar Əhmədovun idarə etdiyi 38 BA 889 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşın eyni istiqamətdə hərəkət edən, Xaçmaz şəhər sakini 1985-ci il təvəllüdlü Asim İsayevin idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla toqquşub. Qəza nəticəsində hər iki avtomaşının sürücüsü xəsarət alıb. “VAZ 2106”-ın sürücüsü A.Əhmədov Xudat şəhər Mərkəzi Xəstəxanasına, A.İsayev isə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. A.Əhmədov ilkin tibbi yardımdan sonra evə saxlanılıb. “VAZ 2107”-in sürücüsü isə stasionar müalicə olunmaq üçün xəstəxanada saxlanılıb.
Qeyd edək ki, “VAZ 2107”-in sürücü A.İsayev Xaçmaz Dəmiryol Xətt Polis şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırmalar aparılır.
Vəli Turan
Qeyd edək ki, “VAZ 2107”-in sürücü A.İsayev Xaçmaz Dəmiryol Xətt Polis şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırmalar aparılır.
Vəli Turan
0
0