DİN Gəncədə polisin 2 nəfəri güllələməsi ilə bağlı məlumat yaydı
0
0
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 2011-ci il avqustun 15-də saat 02.30 radələrində, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz RPİ-nin əməliyyat müvəkkili, polis leytenantı Eldəniz Məmmədov əməliyyat qrupunda olarkən üstündə olan xidməti tabel silahı ilə ehtiyatsız davranıb və bu zaman açılan bir atəş nəticəsində Gəncə şəhər sakini Rövşən Məmmədov sol qolunun dirsək nahiyəsindən, polis serjantı Maarif Ələsgər isə sağ budundan xəsarət alıb. Hər iki yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. R.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. M.Ələsgərovun isə vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
0
0