Bakıda həbsxanada qadın məhbus ölüb
06 avqust 2012 11:00 (UTC +04:00)

Bakıda həbsxanada qadın məhbus ölüb

0
Bakı şəhər Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş 1957-ci il təvəllüdlü İsayeva Ofelya Alik qızı dünyasını dəyişib.

Avqustun 1-də müəssisəyə gətirilən qadın məhbus 4 gün ərzində müalicə olunmasına baxmayaraq ölüb.

Qeyd edək ki, dünyasını dəyişmiş məhbusun işinə Apelyasiya Məhkəməsində baxılırmış.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar