Bakıda dəhşətli hadisə: 3 yaşlı oğlan öldü
08 avqust 2012 10:01 (UTC +04:00)

Bakıda dəhşətli hadisə: 3 yaşlı oğlan öldü

0
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 2009-cu il təvəllüdlü Musayev Şahin Zaur oğlu 7-ci mərtəbədən yıxılıb. Azyaşlı hadisə yerindəcə keçinib.

Məlumata görə, 3 yaşlı Ş.Musayev avqustun 7-si saat 19 radələrində anası ilə birlikdə Zığ şosesi 32/75 ünvanındakı qohumunun evinə gəlib. Burada nəzarətsiz qalan uşaq ayağının altına stul qoyub və pəncərəyə çıxıb. Uşaq pəncərənin toruna söykənib və bu zaman tor yerindən çıxıb. Azyaşlı 7-ci mərtəbədən daş örtüklü həyətə düşüb.

Faktla əlaqədar araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar