Azərbaycanda yol dəhşəti: 7 ölü, 15 yaralı
08 avqust 2012 10:53 (UTC +04:00)

Azərbaycanda yol dəhşəti: 7 ölü, 15 yaralı

0
Avqustun 7-də Azərbaycanın müxtəlif yerlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 7 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində qeydə alınmış qəzalarda daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisələrdən ən ağırı Şəki rayonunda qeydə alınıb. “Mercedes” markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 4 nəfər həlak olub.

Bakıda baş vermiş 4 yol nəqliyyat-hadisəsi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölümlə nəticələnən hər iki qəza Xətai rayonu ərazisində qeydə alınıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1768

Oxşar yazılar