Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Pyat-Yax şəhər polisinin rəhbəri Artur Sibaqatullin istefa verib.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, polis rəisi rekord qırıb. O, cəmi dörd ay işləyib - 2025-ci ilin fevralından iyun ayına qədər. Qeyd olunur ki, yerli polis idarəsinin rəisi təqaüdə çıxması barədə ərizə yazıb.
Lyantor şəhərindən olan təhlükəsizlik zabiti Artur Sibaqatullin 2025-ci ilin fevral ayının əvvəlindən Pyat-Yax şəhər polis idarəsinə rəhbərlik edirdi. O, Daxili İşlər Nazirliyinin kadr ehtiyatında olub və Şimali Qafqazda 2024-cü ilin aprelindən oktyabr ayına kimi Yuqra polisinin birgə dəstəsinə rəhbərlik etdiyi xidmət zamanı özünü göstərib.