Bakıda qırmızıda keçən avtobusdan sərnişin yıxıldı: "Sürücü tapılacaq" - VİDEO
07 noyabr 2019 13:36 (UTC +04:00)

Bakıda qırmızıda keçən avtobusdan sərnişin yıxıldı: "Sürücü tapılacaq" - VİDEO

Noyabrın 5-də Azadlıq prospektində hərəkətdə olan  99-JP-548 qeydiyyat nişanlı 133 nömrəli avtobusun qapıları açıq vəziyyətdə olduğu üçün həmin avtobusdakı sərnişinlərdən biri yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb.

Daha sonra avtobus sürücüsü buna məhəl qoymadan hərəkətini davam etdirərək svetoforun qırmızı işığında yolayrıcına daxil olub.

Hadisə ilə bağlı Lent.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin avtobus sürücüsü mütləq tapılacaq və barəsində tədbir görüləcək:

“Kimsə yıxılıb xəsarət alıbsa və vətəndaş bununla bağlı müraciət edibsə, cinayət işi də açıla bilər. Vətəndaş müraciət etməzsə belə avtobus qapıları açıq vəziyyətdə getdiyi, qırmızı işıqda keçdiyi və təhlükəli manevr etdiyi üçün inzibati xəta tədbiri yaradıb”.

Qeyd edək ki, hadisə ilə bağlı məlumatı və videonu Avtosfer.az saytı yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10