Abşeronda gənc oğlan kömək istəyən qadını  belə aldatdı
19 fevral 2026 16:45 (UTC +04:00)

Abşeronda gənc oğlan kömək istəyən qadını belə aldatdı

0

Abşeron rayonu ərazisində onlayn kredit götürmək üçün tanışından kömək istəyən 30 yaşlı qadın dələduzluqla üzləşib.

Lent.az xəbər verir ki, zərərçəkənin tanışı kredit müraciətini göndərərkən bilə-bilə özünə məxsus olan kart məlumatlarını qeyd edib. Pul köçdükdən sonra da məlumat verməyib. Nəticədə qadına 320 manat maddi ziyan vurulub. O, bu barədə polisə müraciət edib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar