Abşeronda “Lada” aşdı – 5 YARALI
14 iyun 2022 04:03 (UTC +04:00)

Abşeronda “Lada” aşdı – 5 YARALI

 Goradil qəsəbəsində ağır yol-nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Pirşağı-Goradil yolunda qeydə alınıb.

“Lada” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü  Əhmədov Fəxri  Əkbər oğlu  sükana nəzarəti itirərək avtomobili aşırıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinləri - 1982-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmmədrza qızı, 1986-ci il təvəllüdlü Rüstəmova Könül Vaqif qızı, 1999-cu il təvəllüdlü Ağayeva Əsubə Mehdi qızı və 1975-ci il təvəllüdlü Əhmədov Mahir Valeh oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

# 1554
avatar

Oxşar yazılar