Bir müddətdir ekranlardan uzaq qalan Kıvanç Tatlıtuğun yeni layihəsi bəlli oldu.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məşhur aktyor, Adam Fawer-in məşhur (Olasılıksız) romanının serial adaptasiyasında baş rolda çıxış edəcək.
Bu yay mövsümündə ekranlarda olmayacağı açıqlanan Tatlıtuğun yeni mövsümdə hansı layihədə yer alacağı nəhayət ki, məlum olub. Elmi-fantastika və triller janrında dünya miqyasında tanınan Adam Fawerin "Olasılıksız" adlı əsərini seriala uyğunlaşdırılır.
Şirkətin rəsmi sosial media hesablarında edilən açıqlamaya görə, serialın baş rolunda Kıvanç Tatlıtuğ yer alacaq. Ssenarisi təcrübəli qələm sahibi Necati Şahin tərəfindən yazılan bu layihə ilə Tatlıtuğ uzun fasilədən sonra yenidən ekranlara qayıdır. Çəkiliş cədvəli və digər aktyor heyəti yaxın günlərdə açıqlanacaq.