Bakıda Hava limanı – Sabunçu dairəsi istiqamətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, "Cobalt", "BYD" və "Hyundai Getz" markalı avtomobillərin toqquşması nəticəsində Hava limanı istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Qəza nəticəsində xəsarət alan olmayıb.
İman İmanov