Ağcabədidə dönərxanadakı partlayışın  səbəbi BİLİNDİ
07 dekabr 2023 14:45 (UTC +04:00)

Ağcabədidə dönərxanadakı partlayışın səbəbi BİLİNDİ

Xəbər verdiyimiz kimi, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408
avatar

Oxşar yazılar