Ağcabədidə ŞOK CİNAYƏT:  7 yaşlı uşağa 19 bıçaq xəsarəti yetirildi - YENİLƏNİB
05 fevral 2026 14:41 (UTC +04:00)

Ağcabədidə ŞOK CİNAYƏT: 7 yaşlı uşağa 19 bıçaq xəsarəti yetirildi - YENİLƏNİB

1

Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az xəbər verir ki, azyaşlının atası Rəşad Bəşirov APA-nın yerli müxbirinə hadisənin evlərinin yaxınlığında baş verdiyi bildirilib: 

"Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər".

R.Bəşirov onu da deyib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.

***

saat 13:12

Ağcabədidə uşağı bıçaqlayan saxlanılıb.

Bu barədə Lent.az-a DİN-in mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
12:40

Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 7 yaşlı S.B sözügedən faktla bağlı Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, fevralın 4-də saat 18 radələrində 7 yaşlı oğlan bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: "Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1536

Oxşar yazılar