Şirkətdən 11 minlik OĞURLUQ - VİDEO
05 fevral 2026 12:07 (UTC +04:00)

Şirkətdən 11 minlik OĞURLUQ - VİDEO

0

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11840 manat olan optik naqil oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar