Ağdam və Ağdərədəki yanğın gecə boyunca davam edib -  VİDEO  - YENİLƏNİB 2
23 iyul 2025 05:28 (UTC +04:00)

Ağdam və Ağdərədəki yanğın gecə boyunca davam edib - VİDEO - YENİLƏNİB 2

Ağdam və Ağdərə ərazisində baş verən yanğını söndürmək mümkün olmayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, FHN-nın əməkdaşlarının alovla fasiləsiz mübarizəsinə baxmayaraq yanğın hələ də davam edir.

Havanın küləkli olması yanğını daha da gücləndirir.

Qeyd edək ki, yanğın Ağdam rayonunun Əliağalı, Yeni Qaralar, Ağdərə rayonunun isə Qazançı və Sırxavənd kəndləri ərazisində baş verib.

***

23:00

Yanğının baş verdiyi ərazilərdə beş partlayış qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, partlayış əsasən Ağdərə rayonu ərazisində qeydə alınıb.

Partlayışın üçü axşam saatlarında, ikisi isə bir neçə dəqiqə əvvəl qeydə alınıb.

Partlayışın səbəbinin ərazidəki mina və partlamamış döyüş sursatının olduğu ehtimal olunur.

Qeyd edək ki, yanğın baş verən əraziyə 4 xüsusi texnika və 50 nəfərə qədər şəxsi heyət cəlb olunub

***

22:38

Ağdam və Ağdərə rayonları ərazisindəki kolluq və otlaq ərazilərdə güclü yanğın başlayıb.

Lent.az xəbər verir ki, qəfil başlayan yanğın surətlə geniş ərazilərə yayılıb. 

Yanğınlar əsasən Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd və Qazançı kəndləri ərazisində baş verib.

Hazırda yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür. (APA)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar