Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, bu gün saat 00 radələrində rayon ərazisindəqeydə alınıb.
Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, qardaşı 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.