ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında bildirilib.
Qeyd edilib ki, ABŞ nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib.