Cəmi 5 dəqiqəyə hazırlanan  möhtəşəm xiyar salatı RESEPTİ
03 iyun 2026 10:28 (UTC +04:00)

Cəmi 5 dəqiqəyə hazırlanan möhtəşəm xiyar salatı RESEPTİ

0

Məşhur aşpaz Ciyada De Laurentiis cəmi beş inqrediyentdən hazırlanan xiyar salatının reseptini paylaşıb. 

Lent.az bu salat reseptini təqdim edir:

Əvvəlcə aşpaz xiyarı xüsusi doğrayıcı alətlə çox nazik şəkildə doğrayır və dilimləri bankaya yerləşdirir. Daha sonra isə siçuan bibəri yağı əvəzinə Kalabriya bibər pastası, qlutamat natriumu əvəzinə isə duz, qırmızı bibər, oregano və limon qarışığından istifadə edir. Həmçinin zeytun yağı da əlavə edir. Bundan sonra Ciyada xiyar salatında əvvəllər çox rast gəlinməyən bir inqrediyent əlavə edir. O, ançousdan hazırlanan italyan sousu kolaturadan istifadə edir.

Onun sözlərinə görə, ançous ən dəyəri az bilinən inqrediyentlərdən biridir.

“Məncə insanlar ondan çəkinirlər, amma eyni zamanda Sezar salatını çox sevirlər. Sizcə, Sezar salatının sousunun tərkibində nə var? Ançous pastası, bütöv ançous və ya ançous yağı. İnsanlar çox sevdikləri yeməklərin içində əslində bu inqrediyentin olduğunu dərk etmirlər”, - aşpaz vurğulayıb.

Bütün inqrediyentləri bankaya əlavə etdikdən sonra Ciyada onları yaxşıca çalxalayıb və salatı dadmağa başlayıb.

“Bu, həqiqətən çox dadlıdır! Düşünürəm ki, özümü belə təəccübləndirdim”, - o bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar