Qlobal maliyyə bazarlarında son aylarda davam edən satış təzyiqi həm qızılın, həm də “Bitcoin”in qiymətini aşağı salıb.
Lent.az xəbər verir ki, xüsusilə Yaxın Şərqdə artan gərginlik və yüksək faiz dərəcələrinin uzun müddət saxlanılacağı gözləntiləri investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub.
“Bitcoin” ötən ilin oktyabrında yüksəldiyi 126 min dollarlıq zirvədən sonra 67 min dollara qədər geriləyib. Bu, tarixi maksimumdan təxminən 50 faiz aşağı səviyyə deməkdir.
Analitiklər hesab edirlər ki, enerji qiymətlərinin artması inflyasiya riskini yüksəldir və bu da mərkəzi bankların faiz endirimlərini gecikdirə bilər. Yüksək faiz mühiti isə həm qızıl, həm də kriptovalyutalar üzərində əlavə təzyiq yaradır.