Gəncədə DƏHŞƏT:  kişi boşanmaq istəyən  arvadını bıçaqladı
03 iyun 2026 10:45 (UTC +04:00)

Gəncədə DƏHŞƏT: kişi boşanmaq istəyən arvadını bıçaqladı

0

Gəncədə kişi arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə Fikrət Əmirov küçəsində baş verib.

Gədəbəy rayon sakini 36 yaşlı A.İsmayılova bədənin müxtəlif nahiyələrinin bir neçə bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadın dərhal əməliyyat edilib, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə onu həyat yoldaşı Gədəbəy rayon sakini 40 yaşlı R.Novruzov ailə münaqişəsi zamanı bıçaqlayıb. Hadisəyə səbəb qadının həyat yoldaşından boşanmaq istəməsi olub. R. Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar