“Marsel” Avropa yarışlarından kənarlaşdırıla  bilər - SƏBƏB
02 iyun 2026 19:20 (UTC +04:00)

 “Marsel” Avropa yarışlarından kənarlaşdırıla bilər - SƏBƏB

0

“Marsel” Avropa yarışlarından kənarlaşdırılma riski ilə üzləşib.

2022-ci ildə Fransa klubu UEFA ilə maliyyə ədaləti qaydalarına uyğun olaraq maliyyə tarazlığına nail olmaq öhdəliyi imzalayıb. Razılaşmada üç mövsüm ərzində maksimum 60 milyon avro zərər nəzərdə tutulub.

Lent.az bildirir ki, "L'Equipe" qəzetinin məlumatına görə, "Marsel"in son üç mövsümdə itkiləri 157 milyon avro təşkil edib.

UEFA bu həftə “Marsel”in işinə baxacaq. Komandanın izahatları inandırıcı olmazsa, “Marsel” Avropa Liqasından kənarlaşdırılma da daxil olmaqla sanksiyalarla üzləşəcək.

Ekspertlərin fikrincə, “Marsel”in əsas müdafiəsi Liqa 1-in televiziya hüquqları ilə bağlı problemli vəziyyət olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar