Anasını öldürdü, parçaladı və İTLƏRLƏ YEDİ
23 aprel 2021 00:20 (UTC +04:00)

Anasını öldürdü, parçaladı və İTLƏRLƏ YEDİ

Madriddə gənc oğlan anasının vəhşicəsinə öldürülməsində və adamyeyənlikdə şübhəli bilinir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 66 yaşlı qadını boğaraq bədənini doğrayıb və parçaları qutulara qoyub və sonra iki həftə yeyib.

Dostları və qonşuları 2019-cu ilin fevralında Mariya Saledad Qomezin itkin düşdüyünü polisə bildirib.

Qadının evinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları iyrənc bir mənzərə aşkar ediblər - müxtəlif otaqlardakı polietilenə bükülmüş insan parçaları, bəzi hissələri soyuducuda, digər qalıqlar isə artıq tavada olub.

26 yaşlı oğlu Alberto şübhə altına düşüb. Dindirmə zamanı anasını iki həftə yediyini və qalan parçaları itə verdiyini söyləyib. O, hazırda həbsdədir və məhkəməni gözləyir. Dəhşətli hadisəyə görə 15 ilə qədər azadlıqdam məhrum edilə bilər. 

Məlumata görə, Alberto tez-tez anasını döyüv və qadın məhkəmə vasitəsilə ona yaxınlaşmasına qadağa qoyullmasına nail olub. Lakin tezliklə evə qayıdıb və təqaüdçü ana oğlunu çıxara bilməyib.

# 2031
avatar

Oxşar yazılar