Avropaya gedən qatar  Astarada saxlanıldı: 90 milyonluq heroin  belə ələ keçirildi - VİDEO
15 noyabr 2025 09:24 (UTC +04:00)

Avropaya gedən qatar Astarada saxlanıldı: 90 milyonluq heroin belə ələ keçirildi - VİDEO

0

Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Estoniya Respublikasına “kafel yapışdırıcısı” yükü aparan vaqon “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə-heroin aşkar edilib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar