Azərbaycanda iş və  yüksək maaş   vəd edib insanları aldadan  iki nəfər saxlanıldı
05 noyabr 2026 18:49 (UTC +04:00)

Azərbaycanda iş və yüksək maaş vəd edib insanları aldadan iki nəfər saxlanıldı

0

Nepalda iki nəfər insanları Azərbaycanda və Kanadada işə düzəltmək və yüksək maaş vəd etməklə dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Nepal polisi Punya Prasad Niraula və Şreya Şresthanı noyabrın 3-də saxlayıb.

Polisin məlumatına görə, Niraula bir nəfərə Azərbaycana işə göndərmək vədi verərək ondan 3,2 milyon (36 min manat) Nepal rupisi alıb. Şrestha isə başqa bir zərərçəkənə Kanadada iş vəd edərək 345 min rupi (3880 manat) əldə edib. Şikayətçilər bildiriblər ki, pul aldıqdan sonra hər iki şübhəli ilə əlaqə saxlamaq mümkün olmayıb.

Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar