Azərbaycanda məktəbdə  QƏRİBƏ OLAY:   Pəncərə  şüşələri sındırlıdı
04 fevral 2023 21:16 (UTC +04:00)

Azərbaycanda məktəbdə QƏRİBƏ OLAY: Pəncərə şüşələri sındırlıdı

Cəlilabad rayonunda orta məktəbin şüşələri sındırılıb. 

Lent.az xəbər verir ki, bu barədə Lənkəran - Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 4-də saat 07:30 radələrində V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin  bir neçə sinif otağında pəncərə şüşələrinin naməlum şəraitdə sındırıldığı aşkar edilib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən  Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə məlumat verilib.

Göytəpə Şəhər Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı iki nəfər şübhəli səxs saxlanılıb.

Əlavə olaraq bildiririk ki, 17 noyabr 2022-ci il tarixdə adıçəkilən məktəbdə izləmə kameraları naməlum şəraitdə qəsdən sındırılıb. 

Hazırda baş vermiş hər iki hadisənin bir-biri ilə əlaqəsinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti üzrə araşdırılma işləri aparılmaqdadır.

Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

İlkin Rzayev

# 3015
avatar

Oxşar yazılar