Murad Muradov
22 aprel 2022 13:12 (UTC +04:00)

Murad Muradov

Azərbaycanlı iş adamının 20 milyonu kripto valyutada BATDI

Türkiyədə azərbaycanlı iş adamının külli miqdarda əmlakı mənimsənilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə zərərçəkmiş, Antalyada yaşayan Murad Muradov Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətində bildirib. Onun sözlərinə görə, böyük gəlir əldə etmək məqsədilə qatıldığı kripto valyutada 20 milyon lirə (təxminən 2 milyon 312 min manat) pul itirib.

M. Muradov bildirib ki, Antalyadakı villalarının birini kirayə verdiyi alman ər-arvad ona milyarder olmaq üçün kripto valyutaya sərmayə qoymağı təklif edib. Buna inanan azərbaycanlı iş adamı bir neçə ay ərzində kripto valyutaya 1.2 milyon dollar sərmayə edib. Məqsədi isə qazanılan puldan yeni ərazi almaq olub. Ancaq bir müddət sonra almanlar ortaqlığa sadiq qalmayıb. Belə ki, M. Muradov xaricdə olarkən alman ər-arvad onun bütün hesablarına giriş edərək əmlakını mənimsəyiblər.

M. Muradov hadisə ilə bağlı müraciət edərək, insanları ayıq olmağa, fırıldaqçılara inanmağa səsləyib.

# 2076
avatar

Mehman Nəbiyev

Oxşar yazılar