Bakıda 20 yaşlı qız qıcolmadan ölüb.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Su İdman sarayının yaxınlığında qeydə alınıb.
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 7-də 20 yaşlı qız qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.