Bakıda anbardan 106 minlik noutbuk  OĞURLANDI
22 sentyabr 2023 11:41 (UTC +04:00)

Bakıda anbardan 106 minlik noutbuk OĞURLANDI

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən anbarlardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən polisə məlumat verərək naməlum şəxslər tərəfindən obyektdən 84 ədəd noutbuk və digər kompüter avadanlıqlarının oğurlandığını, nəticədə ona 106 min manat ziyan dəydiyini bilidirib.

Qaradağ rayon Polis İdarəsi və 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adları qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. A.Rzayev, R.Fərəcov və R.Həsənovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Oxşar yazılar